Yeniyetmə psixologiyası

Yeniyetmə Psixologiyası

Gənc fərd olmağa dəstək

Yeniyetməlik dövrü uşaqlıqla böyüklük arasında emosional və sosial dəyişikliklərin ən güclü yaşandığı mərhələdir. Bu dövrdə psixoloqun dəstəyi gəncin özünü anlamağına, duyğularını idarə etməsinə və sağlam münasibətlər qurmasına kömək edir.
Əgər övladınızda aqressiya, özgüvən problemi, tənhalıq, məktəbə qarşı laqeydlik və ya kimliyini tapmaqda çətinlik hiss edirsinizsə — doğru yerdəsiniz.

İlkin qiymətləndirmə və müşahidə

Yeniyetmənin emosional vəziyyəti, davranışları və gündəlik vərdişləri analiz olunur. Bu mərhələ fərdi terapiya planı üçün əsas yaradır.

Fərdi terapiya sessiyaları

Gəncin özünü ifadə etməsinə, stres və gərginliyi azaltmasına kömək edən fərdi söhbətlər və psixoloji metodlarla keçirilir.

Ailə məsləhətləri və dəstək

Valideynlərə övladları ilə ünsiyyəti gücləndirmək, sərhədləri doğru müəyyənləşdirmək və inamlı münasibət qurmaq üçün təlimatlar verilir.

Stress və Özgüvənlə İş

Yeniyetmələrdə tez-tez rast gəlinən təzyiq, tənhalıq və özünəinam problemləri üzərində işlənir. Məqsəd — gəncin daxili gücünü və balansını bərpa etməkdir.

Niyə Məhz Bizim Platforma?

  • Peşəkar və yoxlanılmış psixoloqlar
  • Yeniyetməyə uyğun mütəxəssis seçimi
  • Online və oflayn seans imkanı
  • Məxfilik və etibarlı əlaqə
  • Asan rezervasiya sistemi
Bilməli olduğunuz hər şey

Tez-tez verilən suallar

Yeniyetməmə nə qədər tez-tez psixoloqla görüşdürmək lazımdır?
Adətən həftədə 1 dəfə və ya yeniyetmənin ehtiyacına uyğun plan hazırlanır.
Övladımın özünəinam problemi üçün necə kömək edə bilərəm?
Fərdi terapiya və valideyn məsləhətləri ilə övladın özünü ifadə etməsi və güvəninin artırılması dəstəklənir.
Stress və emosional gərginliklə necə işləyirsiniz?
Gənclərə rahatlama, emosiyaları idarə etmə və gündəlik strategiyalar öyrədilir.
Online seans mümkündürmü?
Bəli, həm online, həm oflayn seans imkanı mövcuddur.
Məxfilik necə qorunur?
Bütün seanslar məxfi və etibarlı şəraitdə aparılır.

Psixologiya

Hansı sahələrdən mütəxəsislərimiz var?

children-icon (1)

Uşaq psixologiyası

yeniyetme psixologiyası

Yeniyetmə psixologiyası

family-icon

Ailə psixologiyası

klinik-icon

Klinik Psixologiya

Niyə psixoloqlar.az?

Peşəkar psixoloqları bir platformada kəşf et

Psixoloqlar.az – etibarlı, təcrübəli və ixtisaslı psixoloqları bir araya gətirən məlumat platformasıdır. Bizim məqsədimiz psixologiya sahəsində doğru, faydalı və etibarlı məlumatları təqdim etməkdir.

Peşəkar ixtisas sahibləri

Saytda yer alan bütün psixoloqlar rəsmi təhsil almış, diplomlu və təcrübəli mütəxəssislərdir.

Etibarlı platforma

Yalnız yoxlanılmış psixoloqların profilləri paylaşılır – beləliklə, istifadəçilər üçün düzgün seçim imkanı yaranır.

Faydalı məlumatlar

Psixologiya, inkişaf, münasibətlər və mental sağlamlıq barədə elmi əsaslı məqalələr təqdim edirik.

Düzgün yanaşma

Stereotipləri qırır, psixoloji dəstəyin vacibliyini elmi əsaslarla göstəririk.